Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2020 20:44
Bakı. Cani Babayeva - Trend:
Azərbaycan milli komandası 9-13 dekabr tarixlərində Türkiyənin Mersin şəhərində keçiriləcək kişilər arasında bədii gimnastika üzrə Avropa çempionatında iştirakdan çıxdı.
Trend-in məlumatına görə, yarışlar ərəfəsində Azərbaycan gimnastları koronavirusa qarşı məcburi müayinədən keçiblər və üç idmançının test nəticələri pozitiv çıxıb.
Qeyd edək ki, Türkiyəyə yola düşməzdən əvvəl bütün Azərbaycan komandası da məcburi müayinədən keçdi, nümayəndə heyətinin bütün nümayəndələrində test nəticələri neqativ çıxıb.
Hazırda COVID-19 ilə bağlı testlərin neticələri müsbət çıxmış üç azərbaycanlı idmançı karantina alındı və Türkiyədə müalicə olunur. Komandanın qalan hissəsi Bakıya qayıdacaq, geri qayıtdıqdan sonra özlərini təcrid edəcəklər.
Xatırladaq ki, yarışmada Azərbaycanı böyüklər kateqoriyasında - Murad Ağarzaev, Sərvar Əliyev, Cavidan Babayev, Ağamurad Qəhrəmanov və İvan Tixonov; "genclər" kateqoriyasında - Anar Həsənov, Rəsul Əhmədzadə, Səməd Məmmədli, Mənsum Səfərov və Ramin Dəmirov təmsil etməli idilər.