Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"PSJ" ilə "Başakşəhər" matçı yeni hakimlər heyəti ilə 9 dekabrda oynanılacaq

Tarix: 9 Dekabr 2020 07:24

Bakı. Trend:

İrqçi qalmaqal səbəbindən dayandırılan Fransanın "PSJ" ilə Türkiyənin "Başakşəhər" futbol komandaları arasında Çempionlar Liqası qrup mərhələsinin altıncı turunun oyunu yeni hakim heyəti tərəfindən oynanılacaq.

Trend-in məlumatına görə, bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) mətbuat xidməti bildirib.

Parisdəki görüş 14-cü dəqiqədə "Başakşəhər"in futbolçuları və məşqçiləri görüşün dördüncü hakimi Türkiyə komandasının baş məşqçisinin köməkçisi Pyer Veboya qarşı irqçi təhqirlərə görə meydanı tərk edəndən sonra dayandırılıb.

Oyuna Ovidiu Hatseqanın rəhbərlik etdiyi Rumıniya hakimlər briqadası nəzərət edirdi. Dördüncü hakim Sebastian Kolteskudur. Fransa komandasının oyunçuları matçı davam etdirməmək qərarını dəstəklədilər.


Etiketlər:  PSJ ilə Başakşəhər matçı yeni hakimlər heyəti ilə 9 dekabrda oynanılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ