Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2020 10:33
Noyabr ayının 25-də işğaldan azad edilən Kəlbəcər rayonunda Ali Baş Komandanın fərmanına uyğun olaraq komendant rejimi elan edilib və Daxili İşlər Nazirinin əmrilə Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Haxverdi Əkbərov rayonun komendantı təyin olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları rayonun giriş-çıxışlarında, o cümlədən rayon daxilində polis postları quraraq komendant rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət edirlər.