Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2020 12:36
Avropa İttifaqı (Aİ) ilə Böyük Britaniya arasında Brexit danışıqları yenidən başlayır.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Brüsseldə aparılacaq danışıqlar prosesində balıqçılıq və ticarət müəssisələri ilə bağlı qaydalar müzakirə olunacaq. Tərəflər arasında dekabrın 31-dək hər hansı razılaşma əldə edilməzsə, Britaniya və Aİ bir-birinin mallarına idxal xərcləri tətbiq edə bilər.
Qeyd edək ki, Böyük Britaniyanın Baş naziri Boris Conson Brexitdən sonrakı ticarət razılaşmasını müzakirə etmək üçün Avropa Komissiyasının rəhbəri Ursula von der Leyenlə görüşəcək. Bu məqsədlə Baş nazir bu həftə Brüsselə səfər edəcək.