Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2020 13:16
Argentina millisinin sabiq baş məşqçisi Alexandro Sabelya vəfat edib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, ürək-damar xəstəliyindən əziyyət çəkən mütəxəssis 66 yaşında dünyasını dəyişib.
O, bir müddət öncə problemlə bağlı xəstəxanaya yerləşdirilmişdi.
Qeyd edək ki, Alexandro Sabelya 2011-2014-cü illərdə Argentina millisinə başçılıq edib. Yığma komanda onun rəhbərliyi altında DÇ-2014-ün finalına qədər irəliləyib və həlledici görüşdə Almaniyaya uduzub - 0:1.