Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ" UEFA-ya müraciət etdi - Komandaya texniki məğlubiyyət verilə bilər

Tarix: 9 Dekabr 2020 14:10

Avropa Liqasının qrup mərhələsində dekabrın 10-da keçirilməli olan "Vilyarreal" - "Qarabağ" oyunu ilə bağlı Ağdam klubu tərəfindən UEFA-ya müraciət ünvanlanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, müraciətdə "Qarabağ"ın koronavirus testi pozitiv nəticələnmiş və zədəli olan futbolçuları (A və B iştirak ərizəsində yer alan 23 futbolçudan 13 nəfər, ikisi qapıçı olmaqla) "Vilyarreal"la oyunda iştirak edə bilməyəcəyi və göstərilən səbəbdən dekabrın 10-da "Vilyarreal" - "Qarabağ" oyununun baş tutmayacağı qeyd olunub.

Məsələ ilə bağlı yekun qərar UEFA tərəfindən veriləcək.

***

Ağdam klubunun baş meneceri Asif Əsgərov məsələ ilə bağlı Qol.az saytına açıqlama verib. O bildirib ki, UEFA-ya ünvaladıqları müraciətdə yetərsəyları olmadığına görə qitə futbol qurumu dekabrın 10-na nəzərdə tutulan matçın keçirilməməsinə qərar verib: "Hazırda oyunun keçirilib-keçirilməməsi məsələsinə baxılır. Əgər UEFA həm bizə, həm də "Vilyarreal"a uyğun gün seçə bilsə, matç baş tutacaq. Əgər görüş keçiriləcəksə, bu halda yanvarın sonuna qədər təşkil edilməlidir. Yaxud başqa bir qərar verilə bilər".

"Qarabağ"ın texniki məğlubiyyətlə üzləşmə ehtimalı varmı" sualına isə A.Əsgərovun cavabı belə olub: "Bəli, texniki məğlubiyyət verilmə ehtimalı var". 

Klub rəsmisi bildirib ki, UEFA tərəfindən onlara şifahi olaraq yekun qərarın 1-2 gün ərzində veriləcəyi bildirilib: "Hazırda UEFA variantlar üzərində çalışır. Klublarla danışıqlar gedir. Çalışıb, ən qısa zamanda qərar verəcəklər".

Milli.Az


Etiketlər:  Qarabağ UEFA ya müraciət etdi Komandaya texniki məğlubiyyət verilə bilər


RƏYLƏR