Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2020 17:16
Bakı. İlhamə İsabalayeva - Trend:
“Aşqar” Elmi İstehsalat Birliyində parafinli neftlərin uzaq məsafəyə nəqlinə imkan verən aşqar istehsal edilir.
AMEA Yüksək Texnologiyalar Parkından Trend-ə verilən məlumata görə, akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ) yaradılmış və tətbiq üçün tövsiyə edilmiş bəzi elmi-tədqiqat işlərinin nəticələrinin AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan “Aşqar” Elmi İstehsalat Birliyində (EİB) reallaşması üçün müvafiq işlər aparılır.
Belə ki, AKİ-də yaradılmış, parafinli neftlərin donma temperaturunu aşağı salmaqla onların uzaq məsafəyə nəqlinə imkan verən “Depressator AKİ” aşqarı “Aşqar” EİB-də böyük miqyasda istehsal edilir.
“Depressator AKİ” aşqarı yüksək parafinli neftlərin (Qazaxıstan və Türkmənistandan Səngəçal terminalına daxil olan neftlər) Bakı-Ceyhan neft kəməri ilə uzaq məsafəyə ötürülməsində istifadə olunur.