Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Son üç ildə əmək müqavilələrinin sayı 25% artıb

Son üç ildə əmək müqavilələrinin sayı 25% artıb

Tarix: 11 Dekabr 2020 10:56

Ölkəmizdə məşğulluq imkanlarının artırılması və qeyri-rəsmi məşğulluğun qarşısının alınması sahəsində görülən kompleks tədbirlər əmək müqavilələrinin sayında əhəmiyyətli artıma imkan verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, 2018-ci ilin əvvəli ilə müqayisədə 2020-ci ilin 1 dekabr tarixinə əmək müqavilələrinin ümumi sayı 25% (327 min müqavilə) artıb. Onlardan 46%-i (230 minə yaxını) özəl, qalan hissəsi dövlət sektorunun payına düşür.

Ötən dövrdə əməkhaqlarının artırılması, qeyri-rəsmi məşğulluğun leqallaşmasına yönələn stimullaşdırıcı tədbirlər, özəl sektorda yeni vergi-sığorta güzəştlərinin tətbiqi əmək bazarının inkişafına təkan verən amillər olmaqla, əmək münasibətlərinin leqallaşmasına da müsbət təsirini göstərib.

Əməkhaqlarında ardıcıl artım dinamikası nəticəsində isə qeyd edilən dövrdə əməkhaqqı fondunda 77 % artım (o cümlədən dövlət sektorunda 84%, özəl sektorda 70%) özünü göstərib.


Etiketlər:  üç ildə əmək müqavilələrinin sayı artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ