Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gəncədə koronavirusla bağlı reyd keçirilib (FOTO)

Gəncədə koronavirusla bağlı reyd keçirilib (FOTO)

Tarix: 11 Dekabr 2020 16:36

Bakı. Samir Əli - Trend:

Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) əməkdaşları Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə şəhər ərazisindəki dövlət və ya özəl sektora məxsus idarə, müəssisə, təşkilat və digər qapalı məkanlarda gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Trend-ə verilən məlumata görə, obyektlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb ediliblər.

Tədbir zamanı polislər tərəfindən məsul şəxslərin, eləcə də işçilərin diqqətinə sanitar-karantin qaydalarına ciddi əməl etməklə fəaliyyət göstərməyin vacibliyi çatdırılıb.

Gəncədə koronavirusla bağlı reyd keçirilib (FOTO) - Gallery Image Gəncədə koronavirusla bağlı reyd keçirilib (FOTO) - Gallery Image Gəncədə koronavirusla bağlı reyd keçirilib (FOTO) - Gallery Image Gəncədə koronavirusla bağlı reyd keçirilib (FOTO) - Gallery Image Gəncədə koronavirusla bağlı reyd keçirilib (FOTO) - Gallery Image


Etiketlər:  Gəncədə koronavirusla bağlı reyd keçirilib FOTO


RƏYLƏR