Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2020 18:00
Yaponiyada həm koronavirus, həm də quş qripi virusları artmağa başlayıb.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, hökumət hər iki xəstəliklə mübarizə aparmağa çalışır.
Ölkədə "COVID-19" epidemiyasından rekord say təyin edildiyi bir anda Okayamada quş qripi aşkarlanıb. Bundan əvvəl 9 əyalətdə ortaya çıxan virus bu dəfə Mimasaka şəhərində qeydə alınıb.
İnfeksiyanın daha geniş bir əraziyə yayılma riski səbəbi ilə təxminən 640 min toyuğun məhv ediləcəyi açıqlanıb. Prosesdə Yapon Özünümüdafiə Qüvvələri (SDF) personalının da iştirak edəcəyi bildirilib.
2018-ci ildən bəri Yaponiyada ilk dəfə keçən ayın əvvəlində Kagavada yayılan kütləvi quş qripi tezliklə Fukuoka, Hyogo, Miyazaki, Nara, Hiroshima, Oita və Wakayamada ortaya çıxıb. Bu ərazilərdə qripə görə 2, 5 milyon quş tələf edilib.
Bundan əlavə, yaponlar koronavirusun üçüncü dalğası ilə qarşı-qarşıyadılar. Ölkədə ötən gün 2 min 898 nəfərin koronavirus epidemiyasına yoluxması ilə rekord say olub. Son 24 saatda 173 min 54 nəfər virusa yoluxub.