Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusla bağlı növbəti reyd - FOTO

Koronavirusla bağlı növbəti reyd - FOTO

Tarix: 11 Dekabr 2020 19:10

Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) əməkdaşları Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə şəhər ərazisindəki dövlət və ya özəl sektora məxsus idarə, müəssisə, təşkilat və digər qapalı məkanlarda gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, obyektlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb ediliblər.

Tədbir zamanı polislər tərəfindən məsul şəxslərin, eləcə də işçilərin diqqətinə sanitar-karantin qaydalarına ciddi əməl etməklə fəaliyyət göstərməyin vacibliyi çatdırılıb.

Milli.Az


Etiketlər:  Koronavirusla bağlı növbəti reyd FOTO


RƏYLƏR