Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2020 12:36
Niderland Yeni İl ərəfəsində koronavirusla mübarizə üçün sərt karantin rejiminə keçib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Mark Rutte ictimaiyyətə müraciətində bildirib.
O, məhdudiyyətlərin yanvarın 18-dək davam edəcəyini açıqlayıb. Rutte karantin dövründə stomatoloji klinikalar və fiziki müalicə mərkəzləri xaricində idman salonları, hovuzlar və saunalar kimi bir çox müəssisənin bağlanacağını qeyd edib.
Baş nazir çərşənbə günündən etibarən ibtidai və orta təhsil müəssisələrinin də bağlanacağını və distant təhsilə keçiriləcəyini deyib.
Rutte bağçaların da bağlanacağını, otellərin açıq olacağını, ancaq qonaqlara yemək və içki təklif edilməyəcəyini vurğulayıb. Həmçinin regionlar arasında səyahətlərə də məhdudiyyətlər qoyulub.
Qeyd edək ki, ölkədə son 24 saat ərzində 8 min 457 nəfərdə virus aşkarlanıb, 34 nəfər vəfat edib.