Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2020 18:30
"Yuventus"un futbolçusu Sami Xedira klubu tərk etməyə hazırlaşır.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi bu qış transfer pəncərəsində Turin təmsilçisindən ayrılmaq istədiyini deyib:
"Yeni təkliflərə açığam. Çətin günlər keçirdim və yenidən oynamaq, gündən-günə qələbə üçün çalışmaq istəyirəm. Bu, həqiqətən də istədiyim bir şeydir. Hələ də güclü enerjiyə sahib olduğum üçün yaya qədər gözləmək fikrində deyiləm. Artıq yanvar ayında gedə bilərəm. Dəyişikliklər olması realdır. Özümü buna kökləmişəm".
Qeyd edək ki, Xediranın "Yuventus"la hazırkı müqaviləsinin müddəti 2021-ci ilin yayına qədərdir. O, 2015-ci ildən bu komandada çıxış edir.