Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2020 12:45
Bakı. Trend:
İnsan hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığa təkan vermək məqsədilə Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Azərbaycanın İnsan Hüquqları Müvəkkili Səbinə Əliyeva ilə görüşüb.
Trend-in məlumatına görə, səfiri salamyaraq, Müvəkkil İnsan hüquqları təsisatı, onun qurulması tarixi, xarici tərəfdaşlarla əməkdaşlıq və mövzu ilə bağlı qlobal tədbirlərdə iştirak haqqında məlumat verdi. Səbinə Əliyeva 44 günlük Müharibə və hərbi əməliyyatlardan kənarda yerləşən bölgələrdəki mülku şəxslərin məruz qaldıqları hücumlardan məlumat verdi.
Səfir Labardini, öz tərəfindən, Meksika-Azərbaycan ikitərəfli münasibətləri haqqında danışdı, çoxsaylı sahələr üzrə əlaqələrin inkişafında müsbət dinamikanı və dayanıqlı hüquqi bazanın formalaşmasını vurğuladı. Hər iki ölkənin insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən qurumları arasında əlaqələrə təkan vermək zəruriyyətinə toxundu. Bu xüsusda, daha çox bilik və qarşılıqlı yüksəliş üçün təcrübə mübadiləsinin əhəmiyyətini qeyd etdi.
Tərəflər məhsuldar ikitərəfli əməkdaşlıq, eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət üçün iradələrini ifadə etdilər.