Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2020 16:10
Bu il bəşəriyyəti bürüyən koronavirus pandemiyası səbəbindən dünyanın bir çox ölkələrində yeni illə bağlı bayram şənliklərinə məhdudiyyətlər qoyulub.
Sonxeber.net xəbər verir ki, Avropa ölkələrində nəzərdə tutulmuş yeni il tədbirləri qadağan edilib.
Almaniya. 16 dekabr - 10 yanvar müddətində tarixlərinin ən şiddətli qapanması olacaq; aptek və ərzaq dükanlarından başqa hər şey bağlanacaq. Məktəb dərsləri ləğv edilib. Beş nəfərdən çox adamın toplaşması qadağandır.
Niderland. 15 dekabr - 19 yanvar tarixlərində qapanma tətbiq olunacaq. Yalnız ərzaq mağazaları işləyəcək. 16 dekabrdan etibarən məktəblər və universitetlər distant təhsilə keçəcək. Hotellər işləyəcək.
Britaniya. Londonda 16 dekabrdan etibarən maksimum məhdudiyyətlər qüvvəyə minir.
Yunanıstan. 7 yanvaradək qapanma tətbiq olunacaq. Ərzaq mağazaları xaricində bütün satış mərkəzləri bağlanacaq, bölgələr arasında nəqliyyat qadağandır, komendant saatı tətbiq olunacaq
Avstriya. Dekabrın 7-dən qapanma dayandırıldı - mağazalar, gözəllik salonları və muzeylər açıldı, ibtidai siniflər əyani dərslərə qayıtdı. Yanvarın 7-də hotellər və restoranlar açılacaq.
Fransa. Dekabrın 15-dən məhdudiyyətlərin qaldırılmasının ikinci mərhələsi başlayır - karantin komendant saatı ilə əvəz ediləcək, ölkəni gəzmək mümkün olacaq. Restoranlar yanvar ayının ortalarına qədər açılmayacaq.
İtaliya. 24 dekabr - 27 dekabr, 31 dekabr - 3 yanvar və 5 - 6 yanvar tarixlərində tam bir qapanma gözlənilir. Qalan müddətlərdə komendant saatı qüvvədədir, orta məktəblərdə dərslər distant keçiləcək, teatrlara, filmlərə və fitness mərkəzlərinə qadağalar qüvvədədir. (publika.az)