Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Haber Global” telekanalı Kəlbəcərdən xüsusi reportaj yayımlayıb (FOTO/VİDEO)

“Haber Global” telekanalı Kəlbəcərdən xüsusi reportaj yayımlayıb (FOTO/VİDEO)

Tarix: 17 Dekabr 2020 15:56

Bakı. Trend:

Türkiyənin “Haber Global” telekanalı Azərbaycanın işğaldan azad olunmuş Kəlbəcər rayonundan xüsusi reportaj yayımlayıb.

Trend xəbər verir ki, kanalın Kəlbəcərə ezam olunmuş müxbiri Osman Girgin reportajın əvvəlində xatırladıb ki, Ermənistanın hücumları nəticəsində 1993-cü ildə Kəlbəcərin sakinləri olan azərbaycanlılar şaxtalı havada bu bölgənin cığırları ilə üç gün ərzində ayaqyalın yol gedib, öz torpaqlarında köçkün olublar. Reportajda həmin dəhşətli anları əks etdirən kadrlar da nümayiş etdirilib. Diqqətə çatdırılıb ki, Ermənistan silahlı qüvvələrinin 27 il işğal altında saxladığı bu bölgədə törədilən dağıntıların, yanğınların izləri hər yerdə var.

Kadrlardan aydın görünür ki, qəsbkar ermənilər bölgəni tərk etmək məcburiyyətində qalanda belə yenidən vandalizm aktları törədərək evləri yandırıb, meşələrə, ağaclara qarşı əsl soyqırımı həyata keçiriblər. Hər şey dağıdılıb, məhv edilib. İşğalçılardan sonra burada, sadəcə, divarlar qalıb.

Azərbaycan Ordusunun əsgərlərinin işğaldan azad olunmuş torpaqlarda bir nişanə qoymaq üçün divarlara yazdıqları yazılar da tamaşaçıların diqqətinə çatdırılıb.

Reportajda vurğulanır ki, artıq Kəlbəcərdə üçrəngli Azərbaycan bayrağı dalğalanır. Bölgənin təhlükəsizliyi və bu yerlərdə həyatın qurulması üçün əsaslı işlər görülür.

“Haber Global” telekanalı Kəlbəcərdən xüsusi reportaj yayımlayıb (FOTO/VİDEO) - Gallery Image “Haber Global” telekanalı Kəlbəcərdən xüsusi reportaj yayımlayıb (FOTO/VİDEO) - Gallery Image “Haber Global” telekanalı Kəlbəcərdən xüsusi reportaj yayımlayıb (FOTO/VİDEO) - Gallery Image “Haber Global” telekanalı Kəlbəcərdən xüsusi reportaj yayımlayıb (FOTO/VİDEO) - Gallery Image


Etiketlər:  Haber Global telekanalı Kəlbəcərdən xüsusi reportaj yayımlayıb FOTOVİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ