Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Robert Sekuta: ”Azərbaycan və ABŞ arasında təmas daha interaktiv olmalıdır”

Robert Sekuta: ”Azərbaycan və ABŞ arasında təmas daha interaktiv olmalıdır”

Tarix: 17 Dekabr 2020 22:21

"Azərbaycan və ABŞ arasında təmas daha interaktiv olmalıdır".

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri hazırda  CPC-nin İqtisadi və Enerji Proqramları üzrə rəhbəri Robert Sekuta Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və ABŞ-ın Xəzər Siyasi Mərkəzinin (Caspian Policy Center-CPC) birgə təşkilatçılığı ilə "Azərbaycan-ABŞ münasibətləri: Seçkilər və II Qarabağ müharibəsindən sonrakı proseslər" adlı vebinarda çıxışında deyib.

O bildirib ki ABŞ-la Azərbaycan münasibətləri enerji, iqtisadi məsələlər, təhlükəsizlik, yaxşı idarəçilik, demokratiya, insan haqqları aspektlərində təhlil edilə bilər.  

"Ötən beş il ərzində beynəlxalq əlaqələrimizdə müəyyən təkamül olub. Təkamül qlobal və regional oyunçularla bağlı siyasətdə, ambisiyalarda və atılan addımlarda dəyişikliklə bağlıdır", R.Sekuta deyib.

Keçmiş səfir bildirib Azərbaycanın geosiyasi mövqeyi ölkənin qlobal mozaikada əsas yerlərdən birin tutmasında vacib rol oynayır.

"Əlaqələrimizdə təkamül Azərbaycanın özünün inkişafı ilə bağlıdır. Azərbaycan regional haba çevrilib, bu ölkə Avrasiya regionunda vacib rol oynayır. ABŞ-ın baxış bucağına rəğmən deyə bilərik ki, Azərbaycan özü bunu yaradıb, özü bu sərmayəni qoyub", keçmiş diplomat vurğulayıb.  

R.Sekuta bildirib ki, beynəlxalq münasibətlərlə bağlı digər dəyişiklik Tramp administrasiyası ilə bağlıdır: "Bu administrasiya fərqli taktika nümayiş etdirirdi. Tramp administrasiyası kənarda qalmaq istədi, hətta ABŞ-a ehtiyac olan məqamlarda belə. ABŞ-ın milli təhlükəsizlik konsepsiyasında beş əsas narahatedici məqam qeyd olunub: Rusiya, Çin, İran, Şimali Koreya, beynəlxalq terrorizm - Tramp administrasiyası həqiqətən bunlarla yaxından məşğul olmadı".

R.Sekuta qeyd edib ki, Dağlıq Qarabağ müharibəsi ABŞ-la Azərbaycan əlaqələrinə yenidən baxılmasını tələb edir: "Dağlıq Qarabağ müharibəsi regionda dramatik dəyişikliklərə səbəb oldu. Bu prosesdə ABŞ rol oynaya bilmədi. Düşünürəm ki, yeni administrasiya bütün bu məsələlərdə inkişafa nail ola bilər. Tərəflər bir-birilə neçə işləyəcəkləri barədə strategiya hazırlamalıdırlar. Rusiya İranla münasibətlərə nəzərən Azərbaycanla yaxınlaşma, Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması üçün çalışmaq və s. Düşünürəm ki, ABŞ bu məsələdə çox dəyərli töhfə verə bilər.

ABŞ Azərbaycana Avrasiya regionunda əsas körpü kimi yanaşmalıdr. Azərbaycan və ABŞ arasında təmas daha interaktiv olmalıdır".


Etiketlər:  Robert Sekuta Azərbaycan ABŞ arasında təmas daha interaktiv olmalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ