Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2020 14:40
Danimarkanın Baş naziri Mette Frederiksen bu yaxınlarda koronavirus əleyhinə yeni məhdudiyyətlərin qüvvəyə minəcəyini bəyan edib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, yeni məhdudiyyətlər barədə qərar COVID-19-la bağlı vəziyyətin gərginləşməsi nəzərə alınaraq qəbul edilib.
Mette Frederiksinin sözlərinə görə, Danimarkada koronavirus infeksiyasının yayılmasının kritik həddə çatması ilə bağlı təxirəsalınmaz tədbirlər görülməlidir. "Biz yubanmadan bu istiqamətdə təcili tədbirlər görməliyik", - deyə o bildirib.
Təqdim olunan tədbirlər sırasına ölkədəki bütün ticarət mərkəzlərinin, o cümlədən yanvarın 3-dək aptek və supermarketlər istisna olmaqla mağazaların bağlanması daxildir. Görülən tədbirlər, həmçinin birinci dərəcəli əhəmiyyət daşımayan bütün bərbərxanaların və bir çox digər müəssisələrin işinin dayandırılmasını da əhatə edir.
Bundan əlavə, dekabrın 21-dən etibarən bütün məktəblilər tam distant təhsil üsuluna keçəcək. Qeyd edək ki, indiyədək yalnız yuxarı sinif şagirdləri sözügedən üsuldan istifadə ediblər.