Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2020 17:54
İstanbulda xəstəxanaların birində 6 il əvvəl burnundan estetik əməliyyat olan gənc qız məhkəməyə müraciət edib.
Sonxeber.net unikal.org-a istinadən bildirir ki, əməliyyatdan sonra gənc qızın vəziyyəti pisləşib. Dərhal ailəsi tərəfindən xəstəxanaya gətirilən qıza infeksiya səbəbilə ayaqlarının kəsilməsi diaqnozu qoyulub. Əks təqdirdə ayaqlarda başlayan çürüməninin daha da genişlənəcəyi bildirilib.
Hadisədən uzun zaman keçməsinə baxmayaraq, gənc qız ayaqlarının itirilməsinə səbəb kimi həkimini göstərib. Bununla da o, məhkəməyə müraciət edərək, həkim barəsində 1 milyonluq TL təzminat davası açıb.