Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2020 11:40
Təkcə bir döyüşdə düşmənin 30-a yaxın canlı qüvvəsini məhv edib və 4 zirehli texnikasını sıradan çıxarıb...
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, söhbət Ağstafanın Böyük Kəsik kəndindən olan şəhid baş gizir Azər Yusiflidən gedir.
Birinci Qarabağ savaşında ermənilərin mülki əhalimizə qarşı törətdiyi vəhşiliklər Azərdə düşmənə qarşı dərin nifrət yaradıb. Xocalı soyqırımı və bu kimi digər hadisələr onu da hərbçi olmağa sövq edib.
Azər Vətən müharibəsində saysız şücaətlər göstərib. Füzulidən-Zəngilanadək döyüş yolu keçib və yaralansa da, döyüş meydanından çıxmayıb.
Azər doğulub boya-başa çatdığı kənddə 12 il sevdiyi qızla nişanlı olub. Yeni ev tikərək ailə həyatı qurmaq niyyətində idi. Lakin bütün bunları şəhidliyə dəyişir. Azər şəhidlik zirvəsinə ucalacağını elə bil əvvəlcədən hiss edir və bir neçə nəfərdən halallıq istəyir. Halallıq üçün zəng etdiyi şəxslərdən biri də uşaqlıq dostu olub.
Azər Yusifli Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb.
Xezerxeber.az mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edir: