Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2020 00:32
Bakı. Trend:
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ın "Pfizer" şirkətinin dərmanı ilə ölkəsində yeni koronavirusa qarşı peyvənd olunan ilk insan oldu.
Trend-in məlumatına görə, Baş nazir Ramat-Qan şəhərində yerləşən "Tel ha-Şomer" öəstəxanasının tibb mərkəzində peyvənd edilib.
İsrail hökuməti başçısının ofisi bildirib ki, vaksinasiya proseduru kameralar qarşısında canlı olaraq həyata keçirildi ki, Baş nazir nümunə olaraq geniş ictimaiyyəti vaksinasiyaya təşviq etsin.