Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Co Baydenin qardaşı qızına cəza verildi

Co Baydenin qardaşı qızına cəza verildi

Tarix: 20 Dekabr 2020 16:00

ABŞ-da keçirilən prezident seçkilərində qalib gələn Co Baydenin qardaşı qızı Karoline Bayden, sərxoş avtomobil idarə etdiyi üçün mühakimə olunub.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "The New York Post" xəbər verir.

ABŞ qanunlarına əsasən belə hüquq pozuntusuna görə, 20 gündən altı aya qədər həbs cəzası verilir. Lakin 33 yaşlı Bayden prokuror ilə bir razılaşmaya gəlib.

Belə ki, həbs əvəzinə ona beş aydan çox şərti cəza verilib və qadına yanvar ayında reabilitasiya mərkəzində 20 gün müalicə almaq təyin edilib.

Qeyd edək ki, Karoline Bayden ötən il saxlanılıb. Lakin ona əmisinin seçkilərə qatıldığı gün - 2020-ci il 4 noyabrda ittiham qaldırılıb. İttihamda qeyd edilir ki, qadın avtomobili sürücü vəsiqəsi olmadan və sərxoş vəziyyətdə idarə edib, eyni zamanda maşından psixotorop dərmanlar tapılıb ki, qan analizində bu dərmanların qəbul edildiyi təsdiqlənib.

Cəza isə yeni təyin edilib.


Etiketlər:  Baydenin qardaşı qızına cəza verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ