Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2020 17:21
Rusiyalı politoloq, jurnalist, teleaparıcı və ictimai xadim Maksim Şevçenko Gəncəyə səfəri zamanı erməni terroru nəticəsində həlak olan şəhidlərin xatirəsinə dua oxudu.
Sonxeber.net xəbər verir ki, bundan əvvəl rusiyalı qonaq Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşi nəticəsində dağılmış ərazilərə baş çəkib, erməni hərbi cinayətlərinin nəticələri ilə yerində tanış olub.
Şevçenko Gəncənin müharibə zamanı ermənilərin raket hücumlarına məruz qaldığı yaşayış sahələrini də ziyarət edib:
"Gözəl Şəki Sarayından sonra erməni raketinin vurduğu Gəncənin xarabalıqlarını göstərmək məcburiyyətindəyik. Qadınlar və uşaqlar burada öldü. Bəziləri kor oldu. Heç bir hərbçi burada yoxdur. Burada, ümumiyyətlə, hərbi obyekt yoxdur. Ermənilərin vurduğu iddia edilən hava limanı çox uzaqdadır. Faşizm üzərində qələbəyə həsr olunmuş Zəfər Parkıdır və buranı "SKAD" raketi ilə vurdular. Bu, təmiz terrordur".