Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2020 17:36
Bakı. Trend:
Hindistan sakinlərinin demək olar ki, 70 faizi koronavirusa qarşı peyvənd edilməyi planlaşdırmırlar.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə "The Indian Express" bildirib.
Məlumata görə, əhalinin aşılanmaq istəməməsinin əsas səbəbləri peyvəndin kənar təsirləri barədə məhdud məlumatlar, onun effektivliyinə şübhələr və öz imunitetlərinin infeksiyadan qoruyacağına inamdır.
Sorğu Hindistanın 242 bölgəsində aparılıb və 18 mindən çox insan qatılıb.
18 dekabrda Hindistan Səhiyyə Nazirliyi ölkədəki koronavirusa qarşı aşılamanın pulsuz və könüllü olacağını açıqlayıb. Ölkədəki 1,3 milyard insanın çox hissəsinin peyvənd edilməsinin bir ildən çox vaxt aparacağı bildirilir.