Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsrail bir sıra ölkələrdən girişi bağlamaq niyyətindədir

İsrail bir sıra ölkələrdən girişi bağlamaq niyyətindədir

Tarix: 20 Dekabr 2020 20:32

Bakı. Trend:

Baş nazir Binyamin Netanyahu və Səhiyyə Naziri Yuli Edelşteynin rəhbərlik etdiyi İsrail hökumətinin koronavirus üzrə komissiyası hazırda yeni koronavirus növünün aşkarlanması səbəbiylə İngiltərə, Danimarka və Cənubi Afrikadan ölkəyə girişini dərhal bağlamaq qərarını müzakirə edir.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə bazar günü İsrailin Nazirlər Kabineti rəhbərinin ofisi bildirib.

Bildirilir ki, siyahıya əlavə ölkələr qatıla bilər. Qərar eyni zamanda bütün ölkələrdən qayıdan israillilər üçün test, məcburi karantin və israillilərin xaricə getmə məhdudiyyətləri ilə əlaqəlidir.

Daha əvvəl yəhudi dövlətinin həftəlik iclasında Netanyahu "İngiltərənin koronavirusun yeni növ mutasiyasını elan etməsindən sonra müdafiə, səhiyyə, xarici işlər, daxili işlər və nəqliyyat nazirləri ilə məsləhətləşmələr apardığını" bildirib.

"Dərhal əmr verdim ki, mütəxəssislər və müvafiq nazirlər bu virusun İsrailə gəlməsinin və yayılmasının qarşısını alma yollarını hazırlamaq üçün Milli Təhlükəsizlik Şurasının başçılığı altında bir araya gəlsinlər", - Netanyahu deyib.


Etiketlər:  İsrail sıra ölkələrdən girişi bağlamaq niyyətindədir


RƏYLƏR