Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2020 11:30
Son sutkada Banqladeşdə koronavirusa 1153 yoluxma və bu virus səbəbindən 38 ölüm faktı qeydə alınıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, ölkədə virusa yoluxanların ümumi sayı 500 mini ötüb, ölənlərin sayı isə 7280-ə çatıb.
Bildirilir ki, indiyədək 437 min nəfər xəstəlikdən sağalıb. Banqladeşdə virusa yoluxanların 1,45 faizi ölüb, 87 faizi isə sağalıb.
Qeyd edək ki, Banqladeşdə COVID-19 infeksiyasına ilk yoluxma martın 8-də, ilk ölüm isə martın 18-də qeydə alınıb. Ölkədə ən çox yoluxma paytaxt Dəkkə, Çattoqram və Narayanqanc şəhərlərindədir.