Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2020 11:33
44 günlük müharibə bizə Vətənin dar günündə bir olmağı bacardığımızı sübut etdi. Xalq, Ordu və dövlət birliyi 2 əsr sonra tarixi qələbəmizin əsas meyarına çevrildi. Əgər biz II Dünya müharibəsindən sonrakı dünya tarixinə nəzər yetirsək, keçən dövr ərzində heç bir dövlətə və ya heç bir xalqa işğal altındakı torpaqlarını azad etmək nəsib olmadığının şahidi ola bilərik. Tarix boyu həssas yerimizə çevrilən birliyimizi sarsıdaraq məmləkətimizi illər boyunca parçalayan düşmənlər bu dəfə niyyətlərinə çatmadılar. Çünki artıq bu xalq nə 30 il əvvəlki xalqdır, nə Ordu həmin dövrlərdəki Ordudur, nə hakimiyyətdə səriştəsiz, öz mənafeyini güdən şəxslər deyil.
Müharibənin gedişində biz xalqın arxa cəbhədə əsgərlərimizə verdiyi həm maddi, həm mənəvi dəstəyi hər addımda hiss etdik. 10 noyabr bəyannaməsi ilə, Ermənistanın kapitulyasiyasının rəsmiləşməsiylə müharibə sona çatdı. Lakin bu gün istər xalq, istərsə də dövlət səviyyəsində düşmənlə üz-üzə dayanan əsgər, zabir heyətimizə dəstək davam edir.
Bu dəfə bu missiyanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu işğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçularımız üçün yeni dəstək aksiyasının həyata keçirilməsiylə həyata keçirib. "Bravo" supermarketlər şəbəkəsi də bu humanist təşəbbüsə qoşularaq Kəlbəcər, Xocavənd rayonunun Tuğ və Füzuli rayonunun Yuxarı Veysəlli kəndləri, Hadrut qəsəbəsi və Gəncə şəhərində hərbi xidməti davam etdirən əsgər və zabit heyəti üçün, onların istəkləri nəzərə alınmaqla, müxtəlif qida məhsulları, fərdi qulluq və gigiyenik ləvazimatlardan ibarət bağlamaların çatdırılmasına başlayıb.
Lakin Azərbaycan yalnız bu şirkətdən, bu qurumdan ibarət deyil. Ümid edirik ki, digər qurumlar və supermarketlər də Birinci vitse-prezidentin bu təşəbüssünə qoşularaq əsgər və zabitlərimizə zəruri dəstəklərini verəcəklər. Bu məsələdə aktivliyini müşahidə etmək istədiyimiz ələlxüsus da bəzi dairələr, bəzi qüvvələrdir ki, istər müharibənin gedişatında, istərsə də müharibədən sonrakı mərhələdə əldə olunan uğurlara hər vəchlə kölgə salmağa çalışdılar. Bəzi müxalifət nümayəndələrinin həmişəki kimi dövlətin apardığı siyasətə və təşəbbüslərə kölgə salmaqdan başqa əlindən bir şey gəlmir. Yaxşı olardı ki, işğaldan azad edilmiş ərazilərimizdə xidmət aparan hərbçilərimizə yalnız sözdə yox, əməldə də dəstək verərdilər. Radikal müxalifətin üzvü olan bu şəxslərin iddialarının boşboğazlıqdan başqa bir şey olmadığı, heç bir əsası olmadığı hər kəsə bəllidir. Qərbin əmirlərini həyata keçirən Sevinc Osmanqızı və onun kimi bəzi trollar xalqa tarixi qələbəni doya-doya yaşamamaq üçün də əlindən gələni etdilər. Lakin 44 günlük Vətən savaşı hər kəsə kimin kim olduğunu sübut etmək üçün əsl məqam oldu.
Təhməz Əsədov