Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Nə qədər ki, torpaqlarımız işğal altındadır, mən rahat ola bilmərəm'' - Şəhid polkovnik-leytenantımız belə deyirmiş - VİDEO

''Nə qədər ki, torpaqlarımız işğal altındadır, mən rahat ola bilmərəm'' - Şəhid polkovnik-leytenantımız belə deyirmiş - VİDEO

Tarix: 21 Dekabr 2020 12:08

Nə qədər ki, torpaqlarımız işğal altındadır, mən rahat ola bilmərəm.

Bu sözləri deyib hərbidə xidmətini yüksək səviyyədə aparırdı Ruslan.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Ruslan Tağıyev Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərin azad edilməsi üçün başlayan Vətən müharibəsi zamanı Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

İsmayıllı rayon sakini olan 38 yaşlı Ruslan Tağıyev noyabrın 4-də Laçın istiqamətində gedən döyüşlər zamanı şəhid olub. O, 2-ci Fəxri xiyabanda dəfn olunub. Onun hərbidə olduğu müddətdə necə xidmət etməsi aldığı medallardan, dəfələrlə təltif olunması və mükafatlandırılmasından aydın görünür. Vətən müharibəsinə qatılanda da göstərdiyi igidlikləri döyüş yoldaşları valideynlərinə danışıb.

Onun həyat yodaşı Günay Tağıyeva bildirir ki, Ruslanla fəxr edir.

Ruslan ölümündən sonra "Vətən uğrunda" və ''İgidliyə görə'' medalları ilə təltif edilib.

Mövzu ilə bağlı daha ətrafli videomateriali təqdim edirik:


Etiketlər:  qədər torpaqlarımız işğal altındadır mən rahat bilmərəm Şəhid polkovnik leytenantımız belə deyirmiş VİDEO


RƏYLƏR