Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dövlət koronavirusla mübarizədə nələr edib və edir? - VİDEO

Dövlət koronavirusla mübarizədə nələr edib və edir? - VİDEO

Tarix: 21 Dekabr 2020 13:42

Ölkəmizdə koronavirus təhlükəsi yarandığı ilk vaxtlarda dövlət bu xətəliklə mübarizə məqsədi ilə həm daxildə, həm də beynəlxaq arenada operativ tədbirlər həyata keçirdi. Laboratoriyaların sayı artırıldı, yeni xəstəxanlar tikildi. Məqsəd isə vətəndaşlarımızın təhlükəsizliyini təmin etməkdir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, millət vəkili Rəşad Mahmudov deyib ki, bu xəstəliyin ortaya çıxdığı təxminən 9 ay ərzində, elə ilk vaxtlardan ölkə prezidenti İlham Əliyev qabaqlayıcı tədriblər görmək üçün ciddi addımlar atdı.

Təkcə laboratoriyaların sayı 8 dəfə artırıldı. Bundan başqa 10-dan artıq yeni müasir xəstəxana tikildi. Həmin xəstəxanlar ən müasir cihazlarla təmin olundu. Bununla yanaşı, ölkəmizdə həkim qıtlığı yaranmasın deyə 5 ölkədən həkim qrupları dəvət olundu.

Rəşd Mahmudov bildirib ki, bütün dövlətlərdə olduğu kimi Azərbaycanda da pandemiya nəticəsində vətəndaşlar zərər gördü. Amma hökümət həm pandemiya ilə mübarizə, həm də pandemiya nəticəsində zərərçəkmiş vətəndaşlara dövlət dəstəyi göstərilməsi üçün büdcədən 2.5 milyard manat ayrıldı. Bu yardımla 5 milyondan artıq vətəndaş əhatə olundu.

Millət vəkili onu da qeyd edib ki, Azərbaycan bu təhlükə yarandığı ilk vaxtlardan beynəlxaq səviyyədə də pandemiya ilə mübarizəyə əhəmiyyətli töhvə verdi.

Prezident İlham Əliyevin təşəbbüsü ilə bu istiqamətdə bir neçə beynəlxalq tədbir keçirildi. İndi isə Azərbaycan dünyada başlanan vaksiyaniya prosesinə qoşulur.

Azərbaycan pandemiya ilə mübarizə sahəsində maliyyə və humanitar dəstək göstərilməsi proqramında da fəal iştirak edib. Ölkəmiz bu məqsəd üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon manat ayırıb, 34 ölkəyə müvafiq yardım göstərilib.

Xezerxeber.az mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edir:

Milli.Az


Etiketlər:  Dövlət koronavirusla mübarizədə nələr edib edir VİDEO


RƏYLƏR