Tarix: 12 Iyul 2019 14:40
İngiltərə millisinin sabiq üzvü Piter Krauç karyerasını başa vurub. Qol.az xəbər verir ki, bunu 38 yaşlı hücumçu sosial şəbəkə hesabında açıqlayıb.
"Bu yay çox götür-qoy etdikdən sonra karyeramı bitirmək qərarına gəldim. Gözəl futbol mənə çox şey bəxş etdi. Mənə kömək edən hər kəsə minnətdaram" - deyə o bildirib.
Qeyd edək ki, 2.01 metr boya malik olan Piter Krauç karyerası ərzində "Tottenhem" və "Liverpul" kimi klublarda da çıxış edib.