Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanda daha bir istefa

Ermənistanda daha bir istefa

Tarix: 22 Dekabr 2020 19:02

Ermənistanın patrul və qarovul xidməti ("qırmızı beretlər") xüsusi taborunun komandir müavini Xaçatur Tovmasyan səlahiyyətlilərin hərəkətlərinə etiraz olaraq istefa verib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Daşnaktsutyun" partiyasının nümayəndəsi Qeqam Manukyan müxalifətin bu gün keçirilən mitinqində açıqlama verib. Manukyan mitinq zamanı Tovmasyanın müraciətini aksiya iştirakçıları üçün oxuyub.

Xaçatur Tovmasyan müraciətində insani və mənəvi dəyərlərin onun üçün vacib olduğunu və hiyləgər və özünə hörmət etməyən bir hökumətə, məsuliyyətsiz insanlara xidmət etməyi mümkün hesab etmədiyini bildirib.

Qeyd edək ki, Ermənistanda artıq bir neçə həftədir davam edən mitinqlərdə etirazçılar Nikol Paşinyanın istefasını tələb edir, onu milli maraqlara xəyanət etməkdə ittiham edirlər.


Etiketlər:  Ermənistanda daha istefa


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ