Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

PAŞA Bank Qubada yeni filial açır

PAŞA Bank Qubada yeni filial açır

Tarix: 12 Iyul 2019 16:39

Bakı. Trend:

Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bankın Quba şəhərində yeni filialının rəsmi açılış mərasimi baş tutub. Filial korporativ, kiçik və orta sahibkarlıq nümayəndələri və PAŞA Bankın əməkhaqqı kart sahibi olan fiziki şəxslərə xidmət göstərəcək.

Açılış mərasimində PAŞA Bankın İdarə heyətinin üzvü, Baş əməliyyat inzibatçısı Cəlal Orucov qeyd etdi ki, Bankın bu günə fəaliyyət göstərən bütün filiallarında olduğu kimi yeni filialda da müştərilərə universal bank xidmətləri təqdim olunacaq və hər bir müştəriyə fərdi qaydada yanaşılacaq.

“Qubada yeni filial açaraq PAŞA Bank bu regionda və yaxın ətrafda fəaliyyət göstərən iş adamlarını geniş çeşidli müasir bank məhsul və xidmətləri ilə təmin etməyə nail oldu. Bu regionun kiçik və orta sahibkarları ilə geniş əməkdaşlıq potensialının olduğunu görürük. Yerli sahibkarlığın dayanıqlı və uğurlu inkişafı üçün tarif paketləri, faktorinq və s. məhsul və xidmətləri sərfəli şərtlərlə təklif etməyə hazırıq”, - deyə C.Orucov qeyd edib.

PAŞA Bankın yeni filialı Quba şəhəri, Nətəvan küç, 35 ünvanında yerləşir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  PAŞA Bank Qubada yeni filial açır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ