Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kosmik turizm şirkətinin orbit ətrafı test uçuşu uğursuz oldu

Kosmik turizm şirkətinin orbit ətrafı test uçuşu uğursuz oldu

Tarix: 22 Dekabr 2020 20:48

ABŞ kosmik gəmi istehsalçısı və kosmik turizm şirkəti "Virgin Galaktic"in yeni suborbital gəmisi 'VSS Unity'nin sınaq uçuşu uğursuz olub.

Sonxeber.net techland.az-a istinadən bildirir ki, şirkət tərəfindən verilən açıqlamada, gəminin raket mühərriki işləmədiyi üçün daşıyıcı təyyarənin VMS Eve tərəfindən dünyaya geri gətirildiyi bildirilib.

Açıqlamada, daşıyıcı təyyarənin yerli vaxtla saat 10:24-də şirkətin New Mexico əyalətindəki səhranın ortasında qurduğu Spaceport America bazasından havaya qalxdığı və sonra  50 min fut yüksəklikdə (təxminən 15 min metr) sərbəst buraxılmağa hazırlaşarkən daxiliyanma mühərrikində bir problemlə qarşılaşdığı bildirilib.

Şirkət rəsmiləri, test uçuşun gələcəkdə yeni bir mühərriklə təkrarlanacağını qeyd edib.


Etiketlər:  Kosmik turizm şirkətinin orbit ətrafı test uçuşu uğursuz oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ