Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ceyhun Bayramov və İsveç Krallığının xarici işlər naziri arasında görüş olub

Ceyhun Bayramov və İsveç Krallığının xarici işlər naziri arasında görüş olub

Tarix: 22 Dekabr 2020 21:12

Bu ilin 22 dekabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İsveç Krallığının xarici işlər naziri Ann Linde arasında video konfrans formatında görüş baş tutub.

Xarici İşlər Nazirliyindən Sonxeber.net-a bildirilib ki, görüşdə bölgədə mövcud olan son vəziyyət və 10 noyabr tarixli üçtərəfli bəyanatdan irəli gələn bir-sıra məsələlərin icrası ətrafında fikir mübadiləsi aparıldı.

Nazirlər, 2021-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) İsveçin sədrliyini nəzərə alaraq, ATƏT-lə Azərbaycan arasında əməkdaşlıq məsələlərini müzakirə etdilər.

Görüşdə habelə ikitərəfli əməkdaşlıq münasibətləri, eləcə də qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ərtafında fikir mübadiləsi aparıldı.


Etiketlər:  Ceyhun Bayramov İsveç Krallığının xarici işlər naziri arasında görüş olub


RƏYLƏR