Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2020 02:27
BAKI, Trend: Azərbaycan yazıçı Nərminə Məmmədzadə Trend Life-a ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." adlı silsilə materiallar təqdim edir.
Bu material Mikayıl Mikayılzadəyə həsr edilmişdir...
-Salam, Mikayıl. Səni gözləyirdim.
- Salam! Doğrudan? Niyə?
- Səndən o qədər gözəl şeylər eşitmişəm ki.
- Kimdir o gözəl insan?
- Bacın Rəna. Mikayıl, danışaq bir az?
- Əlbəttə.
- Özündən danış.
- Nə deyim, bilirsiniz müharibədə bizim hamımızi yeqanə bir şey birləşdirib. O da Vətənə sevgi, Vətənə xidmət. Canımızı fikirləşmirdik heç, təki Vətən sağ olsun.
- Mikayıl, eşitdiyimə görə sən poçtda işləyirdin. Necə oldu ki, hərbçi oldun?
- Bəli, əslində çox rahat işim var idi, amma mən hərbçi olmaq istəyirdim həmişə. Vaxtı ilə paradda iştirak etmişəm. Vətənə xidmət insana çox gürür verici hisslər yaşatdırır. Mən yeddi il daxili goşunlarda işlədim. Mən hətta paradda iştirakıma görə Azərbaycan ordusunun 100 illik ildönümü medalı ilə təltif olunmuşdum. Müharibəyə də gedib könüllü kimi yazıldım. Dostlarım da həmçinin, birgə yazıldıq.
- Mikayıl, Qarabağın hansı yeri sənə daha yaxındır?
- Şuşa, axı mən elə orada galdım (gülümsəyir). Mən və polkovnik Ramiz Cəfərov. Noyabrın altisi Şuşanın alınmasında, elə əməliyyat zamanı... Qismət.
- Nə vatxsa qismət olar Şuşaya getsəm səni xarırlayacağam.
- Çox sağ olun...
- Mikayılın sevdiyi iş və ya xobbisi var idi?
- Rəna qilə germək (gülür). Bacım uşağlarını öz balalarım kimi sevirdim. İşdən gələndə birinci onlara baş çəkərdim.
- Mikayıl, deyilməyən sözlərin galıb?
- Sözler... Eləmədiyim bir şey galıb. Mən təzə evlənmişdim, yoldaşım hamilədir. Tezliklə Ügür balam anadan olacaq. Heyfslənirəm ki, onu görmək qismət olmadı. Amma mən həmişə onu izləyəcəyəm. Atalar uşaqları üçün döyüşə gedər, canlarını gurban verər. Atalar ölməz, sadəcə gözə görünməyə bilərlər. O da düzələn şeydir, göz görməsə belə, ürək duyar. Əlvida...