Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2020 11:20
Bakı. Elçin Mehdiyev - Trend:
Pandemiya səbəbindən 2020-ci ildə iqtisadiyyatda geriləmə baş verib. Bütün dünyada bu baş verib. Əsas məqsədimiz pandemiyadan daha az itkilərlə çıxmaq və növbəti illərdə daha sürətli inkişaf edən iqtisadiyyata nail olmaqdır.
Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili komitənin bu gün keçirilən iclasında deyib.
T.Mirkişili bildirib ki, Azərbaycanda iqtisadiyyat 4.3 faiz, qeyri-neft sektoru 2.9 faiz azalıb.
Komitə sədrinin sözlərinə görə, Azərbaycan iqtisadiyyatı qonşu ölkələrlə müqayisədə daha az geriləməyə məruz qalıb:
"Bu nəticəyə Azərbaycanda iqtisadi dəstək proqramının həyata keçirilməsi və digər tədbirlər sayəsində nail olunub".