Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xalq artistinin dəfn görüntüləri yayılıb - VİDEO

Xalq artistinin dəfn görüntüləri yayılıb - VİDEO

Tarix: 23 Dekabr 2020 12:45

Xəbər verdiyimiz kimi, koronavirusa yoluxan Xalq artisti Sabir Əliyev vəfat edib. Bu barədə prodüser Sənan Sərdaroğlu məlumat verib.

Milli.Az xəbər verir ki, Sonxeber.az Xalq artistinin dəfn mərasimindən görüntüləri əldə edib. Görüntülərdə onlarla insanın onun dəfn mərasimində iştirak etdiyi görülür.

Qeyd edək ki, 72 yaşlı xanəndə bir müddət bundan əvvəl "COVID-19" diaqnozu ilə xəstəxanaya aparılmış, vəziyyəti ağırlaşaraq reanimasiyaya yerləşdirilmişdi.

O, 1968-ci ildə tələbə ikən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət edilib və 42 il teatrın muğam bölməsinin solisti olub. S.Əliyev müxtəlif səhnələrdə, radio və telekanallarda, Türkiyə, BƏƏ, Rusiya, Fransa, İsveçrə, İran, Misir, Nigeriya və b. ölkələrdə qastrol səfərlərində olub və böyük uğurla çıxış edib. Sabir Əliyev Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2005-ci ildə "Əməkdar artist", 2017-ci ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb.

Milli.Az


Etiketlər:  Xalq artistinin dəfn görüntüləri yayılıb VİDEO


RƏYLƏR