Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2020 14:06
Gürcüstan 2021-ci ildə ABŞ-dan əlavə tank əleyhinə "Javelin" raket qurğuları partiyası almağı planlaşdırır.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstan müdafiə nazirinin vəzifələrini icra edən İrakli Qaribaşvili parlamentdəki çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, ölkənin müdafiə qüvvələri son illərdə bir partiya "Javelin" əldə edib və bu proses növbəti illərdə də davam edəcək.
Qeyd edək ki, Gürcüstan "Javelin" sistemlərinin ilk partiyasını 2018-ci ildə alıb.