Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2020 17:56
Bakı. Ləman Zeynalova - Trend:
2020-ci ildə Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tikintisinin başa çatması ilə bağlı işlərə 66 milyon avro vəsait sərf edilib.
Bu barədə Trend-ə ICGB AD şirkətindən bildiriblər.
Layihənin əvvəlindən etibarən ümumi xərclərin həcmi 102 milyon avro təşkil edib.
Qeyd edək ki, Yunanıstanla Bolqarıstanın qaz-nəqliyyat sistemini birləşdirəcək və Trans-Adriatik boru kəmərinə (TAP) birləşəcək layihənin ümumi dəyəri 240 milyon avroya bərabərdir.
Boru kəmərinin uzunluğu 182,6 kilometrə bərabərdir. IGB-nin illik buraxılış gücü 3 milyard kubmetr qaza bərabər olacaq.