Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2020 19:34
Somalidən çıxarılan ABŞ hərbi qüvvələrin əsas hissəsi Cibutidəki Kemp-Lemonye Dəniz Ekspedisiya Bazasına köçürüləcək.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ABŞ hərbi qüvvələrinin Afrika Komandanlığının komandiri Stiven Taunsend açıqlama verib.
Amerika qoşunlarının ilk birləşmələrinin hərbi kontingentin ölkədən çıxarılması əməliyyatı çərçivəsində ölkənin sahillərində mövqe tutan "Makin İsland" döyüş gəmisinə çatdığı qeyd olunub.
Hərbi personalın materikdən köçürülməsi dəniz qüvvələrinin dəstəyi ilə həyata keçirilir. Təxliyə ediləcək ABŞ-ın Somalidəki kontingentinin sayının təxminən 700 əsgərdən ibarət olduğu bildirilib.
Somalidən çıxarılan hərbi qüvvələrin əsas hissəsinin Cibutidəki Kemp-Lemonye Dəniz Ekspedisiya Bazasına köçürüləcəyi gözlənilir. Bu, 3 minə yaxın heyət üzvü olmaqla Afrikadakı ən böyük ABŞ bazasıdır. Geridə qalan hərbi birləşmələr isə Keniyadakı ABŞ bazalarına köçürüləcək.
Hazırda Afrikada 6 minə qədər ABŞ əsgərinin olduğu qeyd olunub.