Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2020 20:24
Aralıq dənizinin şərqində Kipr adası sahillərində seysmik araşdırmalar aparan Türkiyənin "Oruç Reis" kəşfiyyat-axtarış gəmisinin bölgədəki fəaliyyət müddəti 2021-ci il iyunun 21-dək uzadılıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı yeni "Navtex" (dənizçilərə elan) elan edilib.
"Ataman" və "Cengiz Han" gəmiləri ilə birlikdə seysmik araşdırmalar aparan "Oruç Reis" kəşfiyyat-axtarış gəmisi kontinental sahə və təbii qaynaq axtarışları başda olmaqla, 2 və 3 ölçülü bir sıra araşdırmalar aparmaq imkanı olan mexanizmlərə malikdir. Belə ki, bu gəmi 8 min metr dərinliyə qədər 3 ölçülü, 15 min metr dərinliyə qədər isə 2 ölçülü seysmik əməliyyatlar reallaşdırır. "Oruç Reis" dünyada tam təchizatlı və çoxməqsədli nadir araşdırma gəmilərindən biridir.