Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2020 07:16
Bakı. Trend:
Yaponiyanın Tiba prefekturasında quş qripi aşkarlanıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, quş qripinin mənbəyi prefekturanın İsumi şəhərində qeydə alınıb. Tiba cari il quş qripinin aşkarlandığı 13-cü prefektura olub.
Qeyd edək ki, quş qripi Yaponiyada noyabr ayından aşkarlanmağa başlayıb. Quş qripi ilə əlaqədar artıq 2,7 milyondan artıq toyuq məhv edilib.