Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müəyyən insanlar koronavirus dərmanları ilə bağlı süni qıtlıq yaradır - Komitə sədri

Müəyyən insanlar koronavirus dərmanları ilə bağlı süni qıtlıq yaradır - Komitə sədri

Tarix: 24 Dekabr 2020 16:03

Bakı. Elçin Mehdiyev - Trend:

Koronavirusun müalicəsində istifadə olunan dərmanlarla bağlı qıtlıq süni şəkildə yaradılıb.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O qeyd edib ki, dərman qıtlığı müəyyən insanlar tərəfindən yaradılır və bu da müvəqqətidir.

Ə.Əmiraslanov bildirib ki, bəzi insanlar bu vəziyyətdən istifadə edirlər: “Müvafiq qurumlar bu insanlar barəsində ciddi tədbirlər görməlidir. Məndə olan məlumata görə, ölkədə kifayət qədər dərman ehtiyyatı var, sadəcə müəyyən insanlar süni qıtlıq yaradaraq vəsait qazanmaq istəyir”.


Etiketlər:  Müəyyən insanlar koronavirus dərmanları ilə bağlı süni qıtlıq yaradır Komitə sədri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ