Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2020 20:14
Afrikada yerləşən Uqandada 1.3 milyon insan aclıqdan və qida çatışmazlığından əziyyət çəkir.
Sonxeber.net unikal.org-a istinadən bildirir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatında məlumat verilib. Aclıqdan əziyyət çəkən insanların böyük əksəriyyətinin qonşu Burundi və Cənubi Sudandakı silahlı münaqişələrdən Uqandaya pənah gətirmiş qaçqınlar olduğu bildirilib.
COVID-19 pandemiyasının yayıldığı indiki dönəmdə insanların immunitet üçün yaxşı qidalanmasının vacib olduğu şəraitdə bu əhalinin təminatı ilə bağlı dünya birliyinə çağırış edilib. Xüsusilə, fiziki və əqli inkişaf mərhələsində olan uşaqların gələcəyi üçün qida çatışmazlığı və aclıq problemlərinin fəlakətli nəticələr doğura biləcəyi ifadə olunub.