Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2020 02:40
Bakı. Trend:
İsveçrə ərazisində koronavirusun yeni ştammı aşkar edilib.
Trend-in məlumatına görə, bu barədə ölkənin Federal Səhiyyə İdarəsi bildirib.
Bildirilib ki, söhbət bundan əvvəl Böyük Britaniyada aşkar edilmiş virusun növündən gedir:
"İsveçrədə Britaniya mənşəli [koronavirusun] yeni bir variantı iki test nümunəsində aşkar edilib".
Söhbət Birləşmiş Krallıqda daimi yaşayış yeri olan şəxslərdən götürülmüş biyomaterial nümunlərindən gedir.