Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2020 10:16
Bakı. Trend:
Yaponiya Səhiyyə Nazirliyinin rəhbəri Norihisa Tamura ölkədə yeni koronavirus növünün aşkarlandığını elan edib.
Trend TASS-a istinadən xəbər verir ki, ümumilikdə, “Britaniya ştammı”nın beş nəfərdə təsbit edildiyi qeyd edilir.
Nazirin sözlərinə görə, bütün yoluxanlar 21 dekabrda Böyük Britaniyadan Yaponiyaya səfər edənlərdir. N.Tamura üç nəfərin Osaka'ya, daha iki nəfərin isə Tokioya gəldiklərini bildirib.
Dekabr ayının 14-də Böyük Britaniya səhiyyə naziri Met Henkok ingilis alimlərinin bilinən ştammlardan daha sürətli yayılan yeni, mutasiyaya uğramış koronavirus növü aşkar etdiklərini deyib. Baş nazir Boris Conson yeni koronavirus mutasiyasının digər virus növlərindən 70 faiz daha çox yoluxucu olduğunu deyib.