Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ADNSU-nun 100 illik yubiley medalı təsis edildi

ADNSU-nun 100 illik yubiley medalı təsis edildi

Tarix: 26 Dekabr 2020 14:06

Prezident İlham Əliyev "Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 100 illiyi (1920-2020)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Qanuna "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı;" hissəsindən sonra aşağıdakı məzmunda yeni hissə əlavə edilir:

"Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020)" yubiley medalı;".

Həmçinin, "Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020)" Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə" təsdiq edilir (əlavə olunur).

"Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020)" Azərbaycan Respublikasının yubiley medalının təsviri" təsdiq edilir.

Milli.Az


Etiketlər:  ADNSU nun 100 illik yubiley medalı təsis edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ