Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2020 14:20
Bakı. Sədrəddin Ağcayev -Trend:
Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dizel mühərrikləri üçün yüksək keyfiyyətli mühərrik yağı sınaqdan keçirilib.
Bu barədə Trend-ə Yüksək Texnologiyalar Parkının mətbuat xidmətindən bildiriblər.
Qeyd olunub ki, Aşqarlar Kimyası İnstitutun əməkdaşları tərəfindən vacib elmi nəticə əldə edilib.
Bu nəticə xüsusi təyinatlı dizel nəqliyyatında istifadə olunan M-16iXP-3 mühərrik yağının yeni keyfiyyətli analoqunun hazırlanması ilə bağlıdır.
Həmin mühərrik yağı nümunəsi Yüksək Texnologiyalar Parkın rezidenti olan "Aşqar" elmi-istehsalat birliyində hazırlanıb və bir neçə sınaq mərhələsindən keçib. Gələcəkdə bu mühərrik yağı Azərbaycanın hərbi və xüsusi texnikasında istifadə olunacaq.