Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bulvarda dənizə düşən bir nəfər xilas edilib

Bulvarda dənizə düşən bir nəfər xilas edilib

Tarix: 26 Dekabr 2020 21:10

Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib.

Bu barədə Milli.Az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Parkın ərazisində bir nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Həyata keçirilən operativ tədbirlər nəticəsində vətəndaş nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Milli.Az


Etiketlər:  Bulvarda dənizə düşən bir nəfər xilas edilib


RƏYLƏR