Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaponiya hökuməti müvəqqəti olaraq ölkəyə girişə qadağa tətbiq edib

Yaponiya hökuməti müvəqqəti olaraq ölkəyə girişə qadağa tətbiq edib

Tarix: 27 Dekabr 2020 06:20

Bakı. Trend:

Yaponiya hökuməti dünyanın bütün ölkələrindən və regionlarından müvəqqəti olaraq ölkəyə girişə qadağa tətbiq edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə dekabrın 26-da hökumət tərəfindən yayılan bəyanatda bildirilib.

Sənəddə deyilir: "Məhdudiyyət bir sıra ölkələrdə koronavirusun yeni ştammının müəyyən edilməsi ilə bağlı fasiləsiz qaydada həyata keçirilən tədbirlərə uyğun olaraq tətbiq edilir". Qeyd edilir ki, həmin tədbir dekabrın 28-dən gələn il yanvarın sonunadək qüvvədə olacaq.

Bildrilir ki, ölkəyə qayıdan yaponlar və Yaponiya ərazisində uzun müddət yaşamaq hüququna malik olan əcnəbilər istisna təşkil edəcək.


Etiketlər:  Yaponiya hökuməti müvəqqəti olaraq ölkəyə girişə qadağa tətbiq edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ